GAMOH
Türkcə | English | فارسی
Güney Azərbaycan
Mahmudəli Çöhrəqani
Goğrafiya
İqtisadiyyat
Tarixi Siyasi Şəxsiyyətlər
Elmi Ədəbi Şəxsiyyətlər
Mədəniyyət
Fotoalbom
Xəritə

Bu bölümdəki, məlumatlar 96-ci ilin statistikasidir və Tehran rejimi tərəfindən elan edilib.

Tehran rejimi isə bir cox hallarda qeyri-fars millətlərin sayını qat - qat az göstərir. Məsələn 96-ci ildə Təbriz əhalisi 1500 000 nəfər olub ancaq Tehran rejimi bunu 800 000 nəfər göstərib.

Hələlik isə müstəqil siyahıyaalma keçirməyimiz mümkün deyildir.

Təbriz

Şərqi Azərbaycan
Sahəsi 46929,2 km 2.

Şərqi Azərbaycan əyaləti ölkənin şimal-qərbindən yerləşiri və 12 rayondan ibarətdir: Təbriz, Əhər, Bostanabad, Binab, Sərab, Şəbüstər, Kəleybər, Marağa, Mərənd, Miyanə, Heris və Həştrüd.
Tarixi şəhər Təbriz əyalətin siyasi və inzibati paytaxtıdır. Şərqi Azərbaycan Azərbaycan Respublikasıyla və Ermənistanla 235 km beynəlxalq sərhədləri var. Əyalətin ərazisindən keçən dəmir yolları Culfa xətti ilə İranı Naxçıvan, Yerevan, Tbilisi, Ukrayna ilə və bütün Qara dəniz limanları ilə birləşdirir. Yüksək səviyyəli avtomobil yollarına malik olan əyalət bütün şəhərlər və rayonlarla əlaqəni yüngülləşdirir. 1991-ci ildə əyalətin əhalisinin sayı 3278000 nəfər olmuşdur. Bunların 55,1% şəhər, 44,9% kənd əhalisidir.

Təbriz şəhərinin əhalisinin sayı 800000 çatmışdır və bu şəhər əyalətinin inzibati mərkəzidir. Şərqi Azərbaycan əyaləti özünün topoqrafik xüsusiyyətləri ilə nəzəri cəlb edir. Əyalətin yüksək dağ nöqtəsi Təbrizin cənubundan 50 km yerləşən Səhənd dağıdır və onun hündürlüyü 3722 m-dir. Dağın 1220 m hündürlüyündə Okameih gölü yerləşir.
Əyalətin dağlıq hissəsi 3 zonaya bölünür:

Şimali Qaradağ dağı; mərkəzi - Səhənd və Bozquş; və Cənub - Qaflankuh. Əyalətin iqlimi soyuq və qurudur. Dağlıq hissəsində çox soyuqdur, lakin aran rayonlarında iqlim sabitdir. Təbrizdə orta illik temperatur 20,2 s, ən aşağı temperatur isə - 1 S. Şərqi Azərbaycan əyaləti Qədim İran ərazisinin bir hissəsidir. Makedoniyalı İskəndərin dövründə, böyük sərkərdə Atropat, Kiçik Madın rəhbəri, bizim eradan əvvəl 331-ci ildə Yunan hökmdarına qarşı üsyan qaldırmış və öz ərazisini azad etmişdir (İndi bu əraziyə Azərbaycan deyirlər). Həmin dövrdə bü əraziyə Atropatakan deyiblər. Sonralar bu ad bir neçə dəfə dəyişdirilmişdir - Azarabadeqan, Adarbadqan və nəhayət Azərbaycan. Əksər tarixçiləri inanırlar ki, Azərbaycan qədim iran dininin yaradıcısı Zərdüştün vətənidir və o Urmiya rayonunda Qanzak şəhərində doğulmuşdur və bu şəhər Urmiya gölünün yaxınlığındadır.

2000 illik tarixi olan bu əyalətin həyatında bir çox tarixi, siyasi və mədəni hadisələr baş vermişdir və bu dövrdə burada olan səyahətçilər yüksək sivilizasiyanın və inkişafın olduğunun şahidi olmuşdular. Şərqi Azərbaycan əyaləti öz təbiətinin cazibədarlığı ilə nəzəri cəlb edir. Əyalətin mineral və təbii su bulaqları, çayları, gözəl gəzməli yerləri, meşələri, dağ zirvələri, şəlalələri bütün turistləri valeh edir. Şərqi Azərbaycan özünün qədim və tarixi adət-ənənələri ilə zəngindir. Bu qədim adət-ənənələr, özünəməxsus folkloru və dili Şərqi Azərbaycan əyalətinin mədəniyyətini səciyyələndirir. Şərqi Azərbaycanda danışıq dili Azərbaycan türkcəsidir. İran azərbaycanlıları, Azərbaycan Respublikasının xalqı kimi neçə əsrdir ki, bu dildə danışırlar. Bu əyalət burada yaşamış aə yaratmış alimləri, şairləri, ədibləri ilə məşhurdur: Molla baba Mazid, Xoayeh Abdul Rəhim Acabadi, Şeyx Həsən, Əbdül Qədir Naxçıvani, Molana Əhməd Harati, Hamşam Təbrizi, Xaqani Şirvani, Əsədi Tusi, Abovalla Fələki, Zəhir-əl Din Faryabi, Aevari Abivardi, Qətran Təbrizi, Şeyx Məhəmməd Xiyabani, Səttarxan və başqa tanınmış şəxslər. Son əsrdə Azərbaycanın və İranın görkəmli şairi Ustad Məhəmməd Şəhriyarın adını da qeyd etməmək olmaz. Şərqi Azərbaycanın tarixi, mədəni və turizm mərkəzləri aşağıda qeyd olunan şəhər və rayonlardır.

Təbriz şəhəri
Tehrandan 619 km-lığında və Azərbaycan Respublikası ilə 150 km sərhədi olan Şərqi Azərbaycanın bu şəhəri əsrlər boyu əzəmətli şəhərlərdən biri olmuşdur. İlk dəfə Təbriz şəhərinin adı Assuriya şahı II Sarqonun epiqrafik yazılarında bizim eradan əvvəl 714-cü ildə təsadüf edilir. 3-4 əsrlərdə Təbriz məşhur şəhərlərdən biri kimi tanınıb və əvvəllər Rəvvadiyyələr sülaləsinin paytaxtı olmuşdur. Rəvvadiyyələr və monqolların hakimiyyəti dövründə Təbriz şəhəri zəlzələlər nəticəsində bir neçə dəfə dağılmışdır. Monqollar əsarəti dövründə Təbriz monqol xanlarının rəsmi paytaxtı olmuş, Sultan Mahmud Qazan dövründə isə Təbriz özünün qızıl əsrini yaşamış və böyük inkişaf etmiş şəhərə çevrilmişdir.

Əli şah məscidi, Rəşidi qəsri bu vaxtlar yenidən qurulmuşdur. Monqollardan sonra, cəlayerlər, türkmənlər və Səfəvilər dövründə Təbriz rəsmən İranın paytaxtı elan edilmişdir. Kabud məscidinin qalıqları Türkmən dövrünə aiddir. Əsrlər boyu Təbriz xalq inqilablarının və Osman və Rus işğallarına qarşı aparılan mübarizənin mərkəzi olmuşdur. 1905-ci il Konstitusiya İnqilabının rəhbərləri Səttarxan və Bağırxan Təbriz xalqının qəhrəman oğullarından idilər. 1920-ci ildə Şeyx Məhəmməd Xiyabaninin rəhbərlik etdiyi üsyan Britaniya əsarətinə qarşı yönəlmişdir və bu hərəkat İran - Britaniya müqaviləsinin pozulması ilə nəticələnmişdir. Və sonla 1978-79-cu illərdə İsçlam inqilabının qələbəsində Təbriz xalqının aparıcı rolu danılmazdır.
İndi Təbriz İranın ən gözəl və tarixi şəhərlərindən biridir və onun əsas tarixi, mədəni və istirahət mərkəzləri aşağıdakılardır:

- Təbrizin şəhər sarayı ( I Pəhləvilər dövrünə aiddir)
- Üskü şəhərinin cənubunda yerləşən tarixi Kandervan kəndi və onun minerallar ilə zəngin olan bulaqları
- İslam dövründə inşa edilmiş Təbriz Bazar kompleksi
- Təbrizin ən qədim abidəsi olan Cümə məscidi
- Əli şah məscidi
- Kəbud məscidi (Göy məscid) -Qara Yusif Ağqoyunlu tərəfindən inşa edilmişdir
- Şairlər məqbərəsi - Azərbaycanın məşhur şairləri və yazıçıları dəfn edilmiş məzarlıq.
- Seyid Həmzə məqrəsi, Səfəvilər və Qacar dövrünün tarixi abidələrinin qaplıqları
- Zəngin ekspoziyası və kolleksiyası olan Azərbaycan muzeyi.
- Seyid Abad və Səhənd dağlarının tanınmış təbii vadiləri.
- Gözəl El Gülü bağları və Qacar dövrünün tikililəri.

Bostanabad şəhəri
Bostanabad Təbrizdən 55 km aralı yerləşir. Bu şəhər qədim Oyan şəhərinin yerində tikilmişdir. Bu şəhərin adı əksər tarixi kitablarda hicri tarixi ilə 6-cı əsrdə çəkilir. Oyan şəhəri monqol xanlarının yay paytaxtı olmuşdur. Və indi bu şəhər tamamilə dağılmış vəziyyətdədir. Bostanabadın tarixi və mədəni mərkəzlərindən bəzilərinin adını çəkmək olar: Quru Göl gölü - buranın ən gözəl yerlərindən biridir və köçəri quşların sığınacağıdır. Təbriz və Tehran şəhərlərinin arasında yerləşən İsti Su bulağı Şəbüstər şəhəri Şəbüstər Təbrizin şimal şərqindən 60 ki aralıqda yerləşir. Bu şəhər Tehranı və Təbrizi Türkiyə və Avropa ilə birləşdirən mühüm İran beynəlxalq dəmir yolu üzərində yerləşir. Səfəvilər dövründə fəaliyyət göstərən məşhur Təbriz - Qarabauzan yolu Şəbüstərdan keçir.

Bu rayonun tanınmasının əsas səbəblərindən biri də o olmuşdur ki, burada məşhur "Gülşəni Raz" əsərinin müəllifi Arif Şeyx Mahmud Şəbüstəri, Azərbaycan xalqının qəhrəmanoğlu Şeyx Məhəmməd Xiyabani, Azərbaycan müəlliflərinin kitablarını nəşr edən Mirzə Əli Əkbər Möcüz Şəbüstəri burada doğulmuşlar.
Maraqlı tarixi yerlər:

- Cami məscidi
- Şeyx Şəbüstərinin məzarı
- Urmiya gölünün sahilində gözəl istirahət ocağı
- Mişovdağ dağının ətəyində istirahət yeri

Əhər
Əhər Azərbaycanın ən qədim dağlıq rayonlarındandır. Əhərin ərazisi 9-cü əsrdə 20 il boyu Babək Xürrəminin və onun davamçılarının bir tərəfdən və ərəb Xəlifəliyinin qoşunları o biri tərəfdən döyüş meydanı olmuşdur. İran - Rusiya müharibəsi dövründə Əhər şəhəri Abbas Mirzənin baş qərargahı olmuşdur.
Əhərin tarixi yerləri aşağıdakılardır:

- Erkən İslam dövrünə aid Qahgar, Yuşen, Raştöv və Novruz qalaları
- Xristianlıqdan əvvəl dövrə aid olan daşlar üstündə epiqrafik yazılar
- Qədim Bazar
- Səlcuq dövrünün Cami Məscidi
- Məşhur Azərbaycanq ədibi Şeyx Mehabaldin Əhərinin məzar kompleksi
- Reyqhan gözəllik vadisi və tarixi qalası
- Sanqram dağının YUNESKO tərəfindən qeydiyyata alınmış Biosfera qoruğu

Kəleybər şəhəri
Bu şəhər Təbrizdən 165 km aralıda şimal-şərqdə yerləşir. Kəleybərin iqliminə Xəzər dənizi böyük təsir göstərir, yüksək dağların başı həmişə dumanla örtülür. Araz çayı bu rayonun şimal hissəsini mərkəzdən ayırır. Dağlarda 2600 metr hündürlükdə tikilən Babək qalası Kəleybərin qərbində yerləşir. Və yerli əhali bu qalanı Qız qalası adlandırrır. Qardaşt kəndinin kənarında yerləşən Qacar dövrünə aid qala tarixi yerlərdən biridir.

Sərab şəhəri
Sərab şəhəri Tehrandan 636 km, Təbrizdən 130 km-likdə yerləşir. Sərab rayonu Bozquş və Savalan dağlarının arasında olan qədim ərazilərdən biridir. Yayı mülayim keçən Sərabın, kəskin qışı da vardır. Şəhərin yaxınlığında Urartu dövrünə aid olan epiqrafik abidələr tapılmışdır. Vulkanik dağlar şəhəri əhatə edir və bu dağlarda axan çaylar və minerallarla zəngin olan bulaqlar Sərabı su ilə təmin ediir.
Sərabın görməli yerləri vardır:

- Urartu Qıraq Qızlar epiqrafik daş yazıları
- Sərabın 12 km yerləşən daş üzərində epiqrafik yazılar
- Sasani dövrünün atəşpərəst Beş adlar (Çahar tağı) abidəsi
- Səfəvi dövrünün Karvansarayı
- Qədim Camalabad məscidi
- Sərabın Cami məscidi
- Allah Haqq, Abrəs və Sərab isti və mineral bulaqları

Marağa şəhəri
Marağa şəhəri Təbrizin 130 km-liyində əyalətin cənub qərbində Səhənd dağının ətəyində yerləşir. Marağa İranın ən qədim və zəngin tarixi olan şəhərlərindən biridir. Babək Xurrəminin Ərəblərə qarşı apardığı mübarizə dövründə Marağa Ərəb sərkərdələrinin baş qərargahı olmuşdur. XIII əsrdə marağa şəhəri monqollar tərəfindən işğal edilmişdir və tanınmış monqol sərkərdəsi Hülakü xanın qərargahına çevrilmişdir. Xulaqu xanın dövrünə aid tarixi abidələr indi də Marağada mövcuddur.
Tarixi abidələr və görməli yerlər:

- Qızlar qalası (Sasanilər dövrü)
- Marağa abservatoriyasının qalıqları
- Marağanın cənubi-şərqində yerləşən Kəbutər mağarası
- Qədim Molla Rüstəm, Moezildin, Şeyx Babə məsçidləri
- Şair Əhəd Marağalının məzarı
- Varcavi, Quşoyeş, Sarı su, Şor su, Oğuz bulağı - mineral su mənbələri
- Səhənd dağının meşələri.

Mərənd şəhəri
Mərənd şəhəri Azərbaycan şimal-qərbində alçaq dağlar zonasında yerləşir. Ərazinin 5/2 hissəsi dağlar, qalan hissəsi isə düzənlik və münbit torpaqlardır. Qədimdə Mərənd mühüm mərkəzlərdən biri olmuşdur. Bəzi tarixçilər istinad edirlər ki, Nuh peyğəmbər məhz burada dəfn edilmişdir. Mərənd adı Pəhləvi dilindəki "Maadvand" sözündən əmələ gəlmişdir və bu həmin ərazidə Maad qəbilələrinin yaşadığına işarə edir.
Mərəndin tarixi yerləri:

- Sasani dövrünün Atəşpərəst məbədlərinin qalıqları
- Qədim Cami məscidi
- Müqəddəs Stepan kilsəsi
- Yaam istirahət mərkəzi
- Mişovdağın ətrafındakı Aslab Xarabeh şəlaləsi.

Miyanə şəhəri
Miyanə rayonu və şəhəri Bozquş və Qaflankuh dağlarının arasında olan ərazidə yerləşirlər. İranın qədim şəhərlərindən biridir. Şəhər monqollar işğalı zamanı tamamilə dağıdıldığına baxmayaraq, indiki dövrdə yenidən bərpa edilib inkişaf etdirilmişdir. Tarixi abidələrinin bəzilərinin adları bunlardı:

- Qız körpüsü
- Qız qalası
- İmamzadə İsmayılın məqbərəsi
- Böyük Türk məsçidi.

Həştrud şəhəri
Həştrud şəhəri Təbrizin cənubi-şərqində və Zəncanın şimalında yerləşir. Həştrudun mənası "Səkkiz çaylar" deməkdir və bu ad şəhərin yaxınlığında axan səkkiz çaydan irəli gəlir. Çayların adları bunlardır: Qaranquv, Aydoğmuş, Acı çay, Qalah çay, Qauri çay, Acerlu, Qareh Qieh və Leylan çay və bu çaylar rayonun inkişafında mühüm rol oynayırlar. Tarixi yerlərdən Qay sahilində yerləşən Zəhhak qalasını qeyd etmək olar.

Heris şəhəri
Heris şəhər və rayonu Şərqi Azərbaycanın tarixi yerləri kimi tanınır.

Təbiət
Şərqi Azərbaycan əyalətində müxtəlif vəhşi heyvanlar yaşayır. Dağlarda və meşələrdə ayılar, canavarlar, qaban, tülkü, dovşanlar vardır. Çay və göl kənarlarında ördək, vəhşi ördək, fazan, pelikan, flaminqo, ördəklərin müxtəlif növləri və müxtəlif quşlar da mövcuddur.

Səyahət və istirahət
Əyalətin bütün şəhər və rayonları biri-biri ilə rahat avtomobil yolları ilə bağlıdırlar və burada səyahət edəni heç bir çətinlik gözləmir. Bütün şəhər və rayonlar yüksək səviyyəli telekomunikasiya və səhiyyə servisi ilə təmin olunmuşdur. Təbriz şəhərinin aeroportu müntəzəm olaraq beynəlxalq və yerli reysləri qəbul edir və bu gələn turistlərin istirahəti üçün əlverişli şərait yaradır.

GAMOH Copyright © 2004     email: info@gamoh.org