GAMOH
Türkcə | English | فارسی
Güney Azərbaycan
Mahmudəli Çöhrəqani
Goğrafiya
İqtisadiyyat
Tarixi Siyasi Şəxsiyyətlər
Elmi Ədəbi Şəxsiyyətlər
Mədəniyyət
Fotoalbom
Xəritə

Babək Xürrəmi

Babək  Xürrəmi Babək Xürrəmi (təqr. 795, başqa məlumata görə, 798-14.3.838) - Azərbaycanda milli-azadlıq hərəkatının (816-38) rəhbəri, görkəmli Azərbaycan sərkərdəsi və siyasi xadimi. Ərdəbil (Jənubi Azərbaycan) yaxınlığındakı Bilalabad kəndində doğulmuşdur. Bəzi müəlliflərə görə, adı Həsəndir. Xürrəmilərə qoşulan Babək Javidanın ölümündən sonra Azərbaycan xalqının ərəb istilaçılarına və xilafətə qarşı azadlıq müharibəsinə başçılıq etmişdir. Tanınmış ərəb sərkərdələri Babəkə qarşı müharibədə məğlub olmuşlar. Ərəb ordusunun 6 məşhur sərkərdəsi Babəkin dəstələri tərəfindən öldürülmüşdü. 830-cu ildə Babəkin qoşunlarının Həmədanı alması ilə Şərq torpaqlarının xilafətdən
Məmmədəmin Rəsulzadə

Məmmədəmin Rəsulzadə
Müsavat Partiyasının lideri və ilk başqanı Məmmədəmin Rəsulzadə 1884-cü il yanvar ayının 31-də Bakı şəhərində ruhani ailəsində anadan olmuşdur. Atası Hacı Molla Ələkbər Rəsulzadə, anası Zinyət Zal qızıdır. İlk tərbiyə və təhsilini ailəsi yanında alan Məmmədəmin Rəsulzadə, sonradan Texniki məktəbə daxil olmuşdur. 1902-ci ildə M.Ə.Rəsulzadə "Müsəlman Gənclik" təşkilatını yaratmışdır. 1903-cü ildə M.Ə.Rəsulzadənin ilk məqaləsi "Şərqi - rus" qəzetində çap edilmişdir. Sonradan "Həyat", "İrşad", "Tərəqqi" və başqa qəzetlərdə məqalələrlə çıxış etmiş, "Təkamül" (Bakı), "İrani-nou" (Tehran), " Açıq söz " (Bakı 1915-1917), İstanbulda yayınlanan "Yeni Qafqaziya" (1923-1928)...
Şeyx Məhəmməd Xiyabani

Şeyx Məhəmməd Xiyabani İranın inqilab tarixində görkəmli yer tutan böyük alim, mütəfəkkir və siyasətçi Şeyx Məhəmməd Xiyabani 1879-cu miladi tarixdə Təbriz şəhəri yaxınlığında yerləşən Xamnə qəsəbəsində anadan olmuşdur. O, Xamnədəki məktəbi bitirdikdən sonra Mahaçqalada ticarətlə məşğul olan atası Hacı Əbdülhəmidin yanına getmiş, az müddətdən sonra Təbrizə qayıdaraq din elmlərini öyrənməyə başlamışdır. Xiyabani Təbrizin tanınmış ruhanisi Əngəcinin yanında oxumuş, onun ən görkəmli tələbələrindən olaraq, müctəhidlik dərəcəsinə yüksəlmişdir. Bundan əlavə, Xiyabani nücum, heyət və hesab elmlərini məşhur münəccim Mirzə Əbdüləlinin yanında mənimsəmiş, kəlam - islam fəlsəfəsi və ədəbiyyat üzrə məşhur alim olmuşdur.
Seyid Cəfər Pişəvəri

Seyid Cəfər Pişəvəri S.C.Pişəvəri 21 Azər hərəkatının başçısı, Azərbaycan Demokrat Firqəsinin yaradıcısı və rəhbəri, Azərbaycan xalqının milli demokratik hərəkatının öndəridir. İranda inqilabi hərəkatın görkəmli xadimlərindən biri olan Pişəvəri ömrünü həmin müqəddəs məqsədlər yolunda sərf etmişdir. O, həmişə İran istiqlalı və xalq azadlıq ideyalarını təbliğ etmiş, curnalist kimi ədəbi yaradıcılıqda da qiymətli irs qoymuşdur. S.C.Pişəvəri 1892-ci ildə Xalxal mahalının Zeyvə kəndində yoxsul kəndli ailəsində anadan olmuş və ilk təhsilini həmin kənddə almışdır. XIX əsrin axırlarında istibdad üsul-idarəsinin soyğunçuluğuna, feodal istismarına və imperializm təzyiqinə dözə bilməyən kəndlilər...
Səttar Xan

Səttar xan Səttar xan 1868-ci ildə Qaradağ vilayətinin Canalı kəndində bir alverçi ailəsində anadan olmuşdur.
1905-11-ci illərdə baş vermiş Məşrutə hərəkatı Səttar xanı böyük sərkərdə səviyyəsinə qaldırdı. 1907-ci ildə Təbriz şəhərinin Əmirxiz məhəlləsinin fədailərinə rəhbərlik edən Səttar xan özünün qəhrəmanlığı və şücaəti ilə bütün fədailərin sevimli sərkərdəsinə çevrildi. Şura Məclisi topa tutulduqdan sonra şahın 40 min nəfərlik silahlı qüvvəsi inqilabın beşiyi Təbriz şəhərinə hücum etdi. 1908-ci ilin iyun ayında Səttər xanın rəhbərliyi altında Ali Hərbi Şura yarandı. Ali Şuranın baş komandanı Səttar xan və onun müavini Bağır xan, üzvləri Əli Müsyo, Hacı Əli, Seyid Haşim xan təyin edildilər.
Ebülfez Elçibey 
 
GAMOH Copyright ? 2004     email: info@gamoh.org