"Türkiyə Güneyə dəstəyini əsirgəməməlidir" |
Ekspress 2003-08-30
Türkiyə İrandakı
mümkün dəyişikliklərə hazır olmalıdır. Nə qədər ki, gec deyil, Güney
azərbaycanlıları ilə eyni mədəniyyətə, dinə, vahid soykökə malik olan
türklər fars rejiminə qarşı mübarizə aparan milli hərəkat fəallarının
mücadilələrini dəstəkləməli və bu tip mövqe ilə çıxış etməlidirlər. Bu barədə
Türkiyədə səfərdə olan Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH)
lideri doktor Mahmudəli Çöhrəqanlı dünən İstanbulda Ylkü Ocaqlarının İl
Başqanlığının yerli bürosu tərəfindən təşkil olunmuş toplantıda çıxış
edərkən bildirib. Yaxın vaxtlarda İranda böyük dəyişikliklər olacağını bildirən Mahmudəli Çöhrəqanlının sözlərinə görə, hadisələrin indiki gedişi müttəfiq və dost dövlətlərin Azərbaycan türklərinə dəstəyini artırmasını zəruriləşdirir. Onun fikrincə, Güney Azərbaycanın ərazilərinin sərhədləşməsindən sonra millətin Ankaradan gözləyəcəyi dəstək bir sıra sahələri əhatə edəcək. İrandakı soydaşlarımızın xüsusi ordu, bayraq, sərhəd və ən önəmlisi milli haqlarına sahib olacaqlarını bildirən GAMOH sədri Türkiyənin hər zaman milli hərəkata müdaxiləsini vacib sayıb.
Xezer Altayli |