Mahmudəli Çöhrəqanlı gündəlikdə duran mövzu ilə bağlı məruzə etdi. O qeyd
etdi ki, indiki İran ərazisində azərbaycanlılar 8 min ildir yaşayırlar.
Azəri türkləri son 970 ildə İranın idarə edilməsində xüsusi rol oynamışlar.
Hiyləgər rejimin türklərin İslam dinindən qaynaqlanan xilaskarlıq
duyğusundan məharətlə istifadə etdiyini qeyd edən lider ötən əsrdə İranda
yaşayan azəri türklərinə edilən zülmlərdən danışdı.
Pişəvəri, Xiyabani və digər azadlıq hərəkatı liderlərindən söz açan
Çöhrəqanlı onların buraxdıqları səhvləri təkrarlamamağa çalışdıqlarını
söylədi. Onun sözlərinə görə, hazırda İranda 2200 təşkilat müxtəlif ad
altında Milli Oyanış Hərəkatının uğur qazanması üçün fəaliyyət göstərir.
Çöhrəqanlı 1995-ci ildən başlayan hərəkatın xaricdəki nümayəndəsi olduğunu
bir daha dəyirmi masa iştirakçılarının diqqətinə çatdırdı.
1945-ci ildə İranda azəri türklərinə divan tutulduğunu bildirən Mahmudəli
bəy 50 il sonra yenidən oyanış hərəkatına başlamağa müvəffəq olduqlarını və
bütöv Azərbaycan ideyasının nə vaxtsa reallaşacağına inandığını da vurğuladı:
Ancaq biz real hərəkət edəcəyik. Lazım olsa, milli muxtariyyətlə də
kifayətlənəcəyik. Ən böyük idealımız isə Güneylə Quzeyin birləşməsidir. Sizi
inandırıram ki, İrandakı bütün gənclər bütöv Azərbaycan arzusu ilə
yaşayırlar.
Daha sonra politoloq Rasim Musabəyov çıxış edərək İranda demokratikləşmə
prosesinin başlamasının azəri türkləri üçün zəruri olduğunu qeyd etdi.
Politoloqun fikrincə, İranın siyasi həyatında həmişə söz sahibi olan türklər,
hər şeydən əvvəl, milli muxtariyyət məsələsini həll etməlidirlər. Azəri
türkləri İranda həm dövlət, həm də başqa sahələrdə lazımi mövqelərə yüksələ
biliblər. Ancaq bir millət kimi istədiyimiz yeri tuta bilməyiblər,- deyən
Musabəyov Milli Oyanış Hərəkatını mərhələ-mərhələ aparmağın vacibliyini də
qeyd etdi. Dəyirmi masada iştirak edən ölkəmizin İran İslam
Respublikasındakı sabiq səfiri, professor Əliyar Səfərli isə azəri türklərinə
qarşı olan ayrı-seçkilikdən söz açdı. Rasim
|