Mirzə Fətəli Axundzadə
Mirzə Fətəli Mirzə Məhəmmədtağı oğlu (1812, Şəki - 10.3.1978, Tiflis) -
Azərbaycan yazıçısı, materialist filosof, ictimai xadim, Azərbaycan dramaturgiyasının banisi. 1814-cü ildə atası Mirzə Məhəmmədtağı və anası Nanə xanımla Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçmış, 13 yaşınadək İran Azərbaycanının müxtəlif yerlərində yaşamış, 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır.
Fətəlinin ruhani olmasını istəyən Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparmış, Fətəli burada məntiq və fiqh elmlərini, habelə məşhur şair Mirzə Şəfi Vazehdən nəstəliq xəttini öyrənmişdir.
Müasir elmlərlə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olmuş, bir il burada oxumuşdur. 1834-cü ildə o, Tiflisə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. 1873-cü ildə ona polklvnik rütbəsi verilmişdir.
1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Axundzadə sonralar Qafqaz Arxeoqrafiya Komissiyasının tədqiqat işlərinə cəlb olunmuşdur. Axundzadə "Əkinçi" qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində "Vəkili milləti-naməlum" imzası ilə məqalələr dərc etdirmişdir.
Axundzadə bədii yaradıcılığına şerlə başlamışdır ("Səbuhi" təxəllüsü ilə).
|