GAMOH
Türkcə | English | فارسی
Güney Azərbaycan
Mahmudəli Çöhrəqani
Goğrafiya
İqtisadiyyat
Tarixi Siyasi Şəxsiyyətlər
Elmi Ədəbi Şəxsiyyətlər
Mədəniyyət
Fotoalbom
Xəritə

Bu bölümdəki, məlumatlar 96-ci ilin statistikasidir və Tehran rejimi tərəfindən elan edilib.

Tehran rejimi isə bir cox hallarda qeyri-fars millətlərin sayını qat - qat az göstərir. Məsələn 96-ci ildə Təbriz əhalisi 1500 000 nəfər olub ancaq Tehran rejimi bunu 800 000 nəfər göstərib.

Hələlik isə müstəqil siyahıyaalma keçirməyimiz mümkün deyildir.

Ərdəbil

Ərdəbil bölgəsi İranın şimal-şərqində yerləşir, sahəsi 18500 km2-dır. Ərdəbil bölgəsinə Ərdəbil şəhəri, Xalxal, Meşkin Şahr, Germi (Muğan), Biləsuvar və Pars Abad rayonları daxildir. Tarixi və islam şəhəri olan Ərdəbil bu bölgənin paytaxtıdır. 1996-cı ildə bölgənin əhalisinin sayı 1168000 olmuşdur. Əhalinin 48,8%-i şəhər, 51,1%-i kənd əhlidir, qalan hissəsi isə köçəri tayfalardır. Bölgənin 4 rayonun Azərbaycan Respublikası ilə 282,5 km sərhədi vardır. Araz və Bəlha çayları həmin sərhədin 159 km uzunluğunu təşkil edir. İki məntəqənin - Aslanduz və Biləsuvar köməyi ilə bölgə Azərbaycan Respublikası ilə əlaqə yaradır. Belə ki, Ərdəbil-Astara yolu Heyrandan keçir, Ərdəbili Rəşt, Qazvin və Tehran ilə birləşdirir.

Ərdəbilin müxtəlif coğrafi və iqlimi şəraiti vardır. Ərdəbil bölgəsi əsasən dağlıq hissədən ibarətdir. Bölgəni məhşur Savalan, Talış və Bozquş dağları əhatə edir. Bölgənin ən yüksək zirvəsinin hündürlüyü 4811 metrdir. Ümumiyyətlə Ərdəbil İranın ən soyuq bölgəsidir. İlin 5-8 ayı soyuq hava olur. Bölgənin iqlimi soyuq qış və sərin yay ilə xarakterizə edilir. Biləsuvar rayonu yüksək dağ zonasında yerləşir. Yayı isti, qışı isə sabitdir. Parsabad rayonu da böyük dağ zonasında yerləşiir. Oranın iqlimi mülayim istidir. Muğan rayonu bütün ölkədə inkişaf etmiş kənd təsərrüfatı və heyvandarlıqla tanınır.

Jermi rayonu alçaq və hündür dağ silsilələrinin arasında yerləşir. Yayı istidir, qışı isə mülayim. Xalxal rayonu dağlıq zonadır. Qışı soyuqdur, yayda havalar sabitdir. İlin 5 ayı burada güclü qar və şaxta olur, bu da Əsalem-Xalxal yolunun Talış dağlarından keçən yerinin bu dövrdə bağlanmasına tez-tez səbəb olur. Meşkin Şahr rayonu Savalan dağının qərbində yerləşir və dağ ətəyi zonanı əhatə edir. Qışı soyuqdur, yayı isə mülayim. Ərdəbil bölgəsinin tarixi Azərbaycan tarixinin tərkib bir hissəsidir. Əksər İran tarixçiləri belə hesab edirlər ki, bu şəhər Sasani hökmdarı Firuz (457-489) tərəfindən tikilmiş və Ərdəbilin 1500 illik tarixi vardır. Lakin, daha əvvəllər hərbi və siyasi nöqteyi nəzərdən Ərdəbil Nəxamənçilər dövründə ən mühüm şəhərlərdən biri olmuşdur və Fars imperiyasının şimalda əsas hərbi bazası sayılırdı. Avestaya istinad edərək demək olar ki, Zərdüşt "Dan Usta" çayının (indiki Araz) yaxınlığında anadan olmuş, "Avesta" kitabını Savalan dağının yerləşdiyi zonada yazmış və öz dinini Ərdəbil şəhərində təbliğ etməyə başlamışdır.

Ərəblərin işğalı zamanı Ərdəbil İranın ən böyük şəhərlərindən biri idi və bu şəhərin qalaqapılarında ərəb xəlifəliyin qoşunları müvəffəqiyyətsizliyə uğramışdılar. Vaxtı ilə Ərdəbil yerli hökmdar Bani Sağın hərbi qərargahı olmuşdur və o öz paytaxtını Marağadan Ərdəbilə keçirmişdir və monqolların işğalına kimi Ərdəbil Azərbaycanın paytaxtı olaraq qaldı. Səfəvilər dövlətinin banisi Şah İsmayılın siyasəti nəticəsində bütün iran əraziləri birləşmiş və Səfəvilər dövlətinni paytaxtı Təbriz şəhəri olmuşdur və bu ilə kimi davam etdi. 1528-ci il Səfəvilər dövründə iqtisadi və siyasi cəhətlərdən Ərdəbil İranın ən mühüm şəhərlərindən biri idi. Ərdəbil şəhəri İranı Avropa ilə birləşdirən mühüm ticarət yolunun üstündə yerləşməsi bu şəhərin inkişafına böyük təkan vermiş və bu İranın Gilan vilayətindən Avropaya ipək ticarətini və Avropa mallarının İrana gətirilməsində Ərdəbilin ticarət mərkəzinə çevrilməsinə səbəb olmuşdur.

İndiki dövrdə Ərdəbil bölgənin ən iri və mühüm şəhərlərindən biridir və burada çoxlu tarixi abidələr mövcuddur, əsasən Səfəvilər dövrünə aiddirlər. Bundan başqa Azərbaycan Respublikasına gedən əsas avtomobil yolu Ərdəbildən keçir. Zəngin təbiəti ilə məşhur olan bölgənin ərazisində bir neçə çaylar və isti bulaqlar axır. Bu səbəbdən Ərdəbil turizm mərkəzinə çevrilmişdir və bura hər il minlərlə turistlərin axını olur.

Şəhərin gözəl tarixi abidələri, özünə məxsus memarlıq ənənələri, müqəddəs məscidləri, kilsələri, qədim körpüləri Ərdəbilə xüsusi əzəmət verir. Ticarət mərkəzi olan Ərdəbil bazarı xüsusi memarlıq tərzdə tikilmişdir. Bundan başqa bölgənin təbiəti insanları valeh edir. Savalan dağının ətrafında gözəl təbii vadiləri, Səreynin soyuq bulaqları turistlərin istirahətinə yazda və yayda yaxşı şərait yaradır. Şurabil və Neor göllərinin ətrafında yaradılan istirahət zonaları beynəlxalq turizm standartlarına uyğundur. Bölgənin Azərbaycan Respublikası ilə sərhəd olması, Ərdəbilin iqtisadiyyatına və turizm infrastrukturunun inkişafına böyük təkan verir.

Bölgənni əsas tarixi, mədəni və turizm mərkəzləri aşağıdakılardır:

Ərdəbil şəhəri
Ərdəbil şəhəri Tehrandan 639 km aralıqda yerləşir. Savalan dağı ilə qonşuluq Ərdəbilin iqliminə ciddi təsir göstərir. Dağ rayonlarında qışda möhkəm şaxtalar, düzənliklərdə isə hava sabit olur. Ərdəbil adına Avesta kitabında rast gəlmək olur (Artavil - müqəddəs yer mənasını verir). Tarixçilərin fikrincə Ərdəbil şəhərinin əsası Vazai Firuz tərəfindən qoyulmuşdur. Arxeoloci qazıntılar nəticəsində burada qədim tapıntılar aşkarlanmışdır və bu qazıntılar Ərdəbilə qonşu olan Nəmin şəhərində də aparılmışdır. Aşkarlanmış Urartu epiqrafik yazılar bizim eradan əvvəl 9-7 əsrlərə aiddir və bu sübut edir ki, Ərdəbil qədim insan sivilizasiya mərkəzlərindən biridir.

Ərdəbilin şəhər tarixi, mədəni, turizm mərkəzləri:
- Ərdəbilin 48 km Neor gölü
- Şurabil gölü
- Balıqlı Çayın sahilləri
- Savalan dağının və ətraf meşələrin vəhşi həyatı
- Gurgür şəlaləsi (Savalan dağı)
- Səreyn isti bulağı
- Bila Darq mineral bulağı
- Ərdəbildə Şeyx Səfi türbbəsi
- Şeyx Jəbrayılın türbəsi
- İmamzadə Salühün məqbərəsi
- Mirzə Əli Əkbər, Jümə məscidləri, Müqəddəs Məryam kilsəsi,
- Qara su, Yeddi göz, İbrahim Abar Yaquvayeh, Seyid Abad Samian, Kolxoran, Nir, Almas, Şarh çay, Qulandə körpüləri.
- qədim hamamlar - Oç Dakkan, Pir Zərgər, Mirzə Həbib, Hacı Şeyx, Molla hadi, Səfəvilər və Hacı Rəhim
- Qədim bazar kompleksi
- Ərdəbilin qədim binaları
- Qədim təpələr: Qara Şirvan, Narnc təpə, Sərgin, Ağ İmam, Qour təpəsi, Olo təpəsi, Karkaq təpəsi.
- Şam Absi və Karğan məzarlıqları
- Şater Qünbadi şəhər gülləsi
- Daxmeh Sanqi mağarası

Meşkinşəhr şəhəri
Meşkinşəhr şəhəri Tehrandan 839 km aralıda Savalan dağının yaxınlığında yerləşir. Şəhərin bu rayonun özünəməxsus dağ havası var. Qədimdə bu şəhəri adı "Xeyav" olmuşdur.
Şəhərin və rayonun görməli yerləri:

- Moved və İlan Doğan bulaqları
- Qara Su çayının sahilləri
- Qatır Su bulaqları
- Qaynarlı bulağı
- Mavand bulağı
- Qədim Meşkinşəhr qalası
- Ağaeh qalası
- Div qalası
- qənbər təpəsi
- Sasani dövrünün epiqrafik abidələri
- Anaar qədim məzarlığı
- Moşkində Şeyx heydərin məzarı
- İmamzadə Seyid Süleymanın məqbərəsi
- Jənnət Sara məscidi
- Həsən Daş müqəddəs yeri.

Xalxal
Xalxal şəhəri Tehrandan şimali-qərbdə 549 km-lığında yerləşir. Xalxalın şərq rayonlarının iqlimi soyuq, şimalında və Jənubunda isə iqlim sabitdir.
Şəhərin və rayonun səyahət yerləri:

- Abgərm isti bulaq suları və isti mineral bulaqlar
- Xəms kəndində İmamzadə Mirzaman və Seyid İbrahim məzarları
- Danual müqəddəs yeri
- Xams kəndində Jami və Nur məscidləri
- Yandım Abad kəndində tarixi mağara
- Gərmxanə kəndində mağara

Dəşti Muğan (Muğan düzənliyi)
Muğan düzənliyi Araz çayının və Talış dağları silsiləsinin şimal hissəsində Savalan dağının ətrafından Xəzər dənizinə kimi uzanır. Bu gün bu əraziyə 3 rayon daxildir: Pars Abad, Biləsuvar və Germi. Bu yaşıl gözəl düzənliyin bir çox görməli yerləri var:

- Araz çayının sahili
- Şahrak gölü
- Muğanda böyük kənd təsərrüfatı və Heyvandarlıq kompleksləri
- Oltan mağarası (Pars Abad)
- Qız qalası
- Xudafərin körpüsü
- Xarman, Naader təpələri
- Aslandüzda qədim məzarlıq.

Heyvanlar aləmi
Ərdəbil bölgəsinin zəngin heyvan aləmi vardır. Savalan dağının meşələrində çoxlu təbii qoruqlarda vəhşi heyvanlar özlərinə məskən salmışdılar. Bir çox qoruq: Şirvan dərəsi, Movil, Humanq meydanı, Qara göl, Xoruzlu Muğan, Ağababa, Hacılı, Tavnaq, Hasan Darresi, Ərbab kəndi və orada məskən salmış heyvanlar: tur, qaban, ayı, tülkü, caanavar və quşlar dövlət tərəfindən qorunur.

Bölgədə səyahət və turizm
Əyalətin bütün şəhərləri və rayonları yüksək səviyyəli avtomobil yolları ilə bir-biri ilə bağlıdırlar və bu bölgədə səyahət etmək çox asan və əlverişlidir. Lakin Xalxal rayonu dağlıq zona olduğundan və burada sərt qış mövsümündə arasıkəsilməyən qaryağmalar bu rayonu qışda o biri rayonlarla əlaqəni çətinləşdirir.

Ərdəbildə nəqliyyatın bütün növləri fəaliyyət göstərir. Bu bölgədə iki aeroport var: Ərdəbildə və Muğan düzənliyində, buradan Tehrana və İranın başqa bölgələrinə uçmaq mümkündür. Ərdəbildə yüksək servisi olan qonaq evləri, mehmanxanalar, restoranlar turistlərin hizmətinə hazırdırlar.

GAMOH Copyright © 2004     email: info@gamoh.org