Türkcə | English | فارسی
|
|
İqtisadiyyat
1) Ümumi görüşlər.
Güney Azərbaycan iqtisadiyyatı İran iqtisadiyyatı içində tədqiq edilərkən yuxarıda verdiyimiz cədvəl əsasında ( c.1 ) incələnməsi mümkün deyildir, çünki Güney Azərbaycan iqtisadiyyatı iqtisadi qanunlarla deyil, siyasi ölçülərlə tənzimlənir və bu ölçülərin də recimdən-recimə dünya şərtlərinə və baş idarədəkilərin düşüncə, təfəkkürünə görə dəyişməsi işi lap çətinləşdirir. Əhalisini türklər təşkil edən Güney Azərbaycanın tarixi hüdudları daxilində olan ərazini dörd müxtəlif bölgəyə ayırmaq məqsədəuyğundur:
I. Təbriz, Urmiya, Ərdəbil, Zəncan ərazisi.
II.Həmədan, Qəzvin, Savə, Ərak ərazisi.
III.Kərəc, Tehranın güneyi və güney-batısı: Qum ərazisi.
VI.Gilan və Kürdüstanın bəlli payını təşkil edən ərazi.
2-ci xəritə göstərilən bu bölgələndirmənin əsas hədəfi Qacar dövlətinin son zamanlarından və xüsusən Səttar xanın Məşrutə hərəkatından sonra fars şovinizminin dirçəlməyə başlamasıyla "İran" adı verilən məmləkətdə yaşayan türkləri əritmə siyasəti planlarını aydınlaşdırmaqdır. Azərbaycanın İranın vücudunda bir yara olduğunu deyən Rza şah "onu ya kəsib atmaq lazımdır, ya da tamamən yox etmək üçün əhalisini köçməyə məcbur etmək gərəkdir" demişdir. Ancaq Azərbaycanın sadəcə Təbrizdən ibarət olmadığını və o zaman İran cəmiyyətinin əksəriyyətini türklərin təşkil etdiyini anladıqdan sonra bəlli bir plan daxilində və mərhələ-mərhələ assimilyasiyon siyasətinin yeridilməsi önə sürülmüşdür. Rus və ingilis siyasətinin bölgədəki tarixini bilənlər və Qacar türklərinin son nümayəndəsi Əhməd şahın hakimiyyətdən götürülməsinin əsas səbəblərindən birinin onun türk olmasında görənlər, İngiltərədən gəlmiş və Rza şaha yol göstərən casus tarixçi Ərdəşir Cey Reporterin fəaliyyətlərini bilənlər, xalqımızı aldatmaq üçün qoltuqlarına qarpız verib ondan böyük sui-istifadə edənlərin Kəsrəvi kimi sapı özümüzdən olan baltaların əsas mahiyyətini anlayanlar yaxşı başa düşürlər ki, bu uzunmüddətli plan zaman-zaman axsamışdırsa da kəsintisiz davam etmişdir və bu gün həmin planlara xalqın dini inancı da əlavə edilərək davam etməkdədir. Fars dövlətinin statistik rəqəmləri ilə bölgələndirmə əsasında Güney Azərbaycan ərazisi, bu ərazidə yaşayan əhali və köç siyasətini incələmək üçün 2-ci cədvəl hazırlanmışdır.
2) Güney Azərbaycanda cəmiyət və ərazi ölçüsü müxtəlif illərdə.
2-ci cədvələ diqqət edilərsə aşağıdakı çoxalma surəti əldə edilər.
a) 1976-1991-ci illər arasındakı cəmiyyətin artım sürəti 1-ci bölgədə 1,63-dür. Zəncan üzrə rəqəmləri işə qarışdırmasaq bu rəqəm 1, 45-ə enəcəkdir.
b) O illərdə bu artım 2-ci bölgədə 2,60-ı göstərir. Göründüyü kimi, Azərbaycanın iç bölgələrindən, yəni 1-ci bölgədən şiddətli köçetmə hərəkəti
vardır. Ancaq rəqəmlərdən alınan nəticə odur ki, Azərbaycanın kənar yerlərində sürətli assimilyayson aparılır.
Uzanan əllər bu gün öz nəticəsin vermişdir: 30 il bundan öncə Qəzvin, Həmədan, Savəvə, Ərakda hər kəs türkcə danışdığı halda, bu gün bu şəhərlər ikidilli olmuşdur.Çünki bu bölgələri əritmək üçün oralarda tikilən fabrikləri, yatırılan yatırımları və oralara köç etdirilən farsları göz önündə alarsaq məsələyə daha da aydınlıq gələr.
Bütün bu sözlərdən anlaşılan assimilyasiyon siyasətinin proqramına görə bölgələrdəki iqtisadi siyasəti aşağıdakı kimi dəyərləndirmək olar:
----birinci bölgələ yatırımları azaldaraq, yavaş-yavaş və hiss edilməyəcək şəkildə ən aşağı səviyyəyə endirmək və nəticədə əhalini və sərmayəni oradan köç etdirmək;
----ikinci bölgədə yatırımları azaldaraq və xüsusən mərkəzi vilayətlər olan Fars və Ərakda ən böyük sərmayələri yatıraraq, ağır sənaye qurmaq, başqa fars -lor-bəxtiyari tayfalarından oraya köç etdirərək millətləri qarışdırmaq fars dilinin xeyrinə əritmə siyasətini davam etdirmək;
----üçüncü bölgədə də geniş surətdə iqtisadi, ictimai, siyasi və mədəni imkanlar yaradaraq türklərin maddi və mənəvi imkanlı adamlarını oraya çəkib bir növ girov saxlama düşüncəsinin yanında onları və onların təsir göstərə biləcəkləri kütləni başsızlaşdırmaq;
----dördüncü bölgədə yaşayan türklərin Azərbaycanla iqtisadi bağlarını kəsərək onları Gilan və Kürdüstanla bağlayaraq yenə də əritmə siyasətini davam etdirmək.
Ancaq düşmən öz əliylə əslində özünü tora saldığını gələcək səhifələrdə oxuyub öyrənmə imkanımız olacaqdır.
1.1.-2.2) Elmi-nəzəri görüşlər.
İran statistik rəqəmlərinə dayanaraq hər hansı bir elmi tədqiqatın aparılması qeyri-mümkündür. Xüsusilə bu tədqiqat İrandakı türklər yaşayan bölgələrdə daha da çətinləşir, çünki hər şeydə olduğu kimi iqtisadiyyatda da işin əsas yönü siyasi məqsədlərə xidməti edir. Bu fikrə qulluq etmək üçün tez-tez ostanların hüdudları, adları, inzibati bölüşdürülməsi baş verir. Bu da yeni statistika elminin dəyərlərinə və vəzifələrinə söykənərək hər hansı araşdırmanı qeyri-mümkün qılır.
2-ci cədvəldəki rəqəmlərdən də bəlli olduğu kimi, hadisələrin doğruluq dərəcəsini, meyarın inhiraf (sapma) gücünü və ya qəbulluq pilləsini təyin etmək olmaz.Ona görə də İran iqtisadiyyatı və Güney məsələsin, araşdırarkən elmi təhlillər yanında təcrübi təhlillərdən daha
çox faydalanmaq lazımdır.
a) təcrübələr.
Təbriz və Azərbaycan arasında olan tarixi,iqtisadi, mədəni, siyasi və ictimai köklərə diqqət Təbriz və Azərbaycan arasında olan tarixi, iqtisadi, mədəni, siyasi və ictimai köklərə diqqət edilirsə Təbrizin bölgədə min ildən bəri bütünlükdə bir mərkəz olduğu aydınlaşar. Daha doğrusu, bu gün abad, inkişaf etmiş və İran iqtisadiyyatının mərkəzi halına gəlmiş, yatırımların ən çox qoyulduğu Tehran, İsfahan, Şiraz kimi şəhərlər önəmsiz bir kənd və ya kiçik şəhərlər olarkənTəbriz bütün məntəqənin, yəni Qafqazdan Anadoliya, Beynənnəhreyndən Mavəraünnəhrə qədər uzanan torpaqların siyasi, ictimai, mədəni və inzibati mərkəzi olmaqla bərabər elmi, iqtisadi, ticarət və sənaye mərkəzi də olmuşdur. Bu hadisə Səlcuq dövlətindən Atabəylərə,Elxanlılardan Kürəkənlilərə,Qaraqoyunlulardan Ağqoyunlulara, Cəlayirlərdən Çobanlılara, Səfəvi dövlətindən Afşarlara və nəhayət, Qacar dövlətinə qədər Azərbaycanda və ya azərbaycanlılar vasitəsilə min ildən bəri yaranmış Türk dövlətlərinin Azərbaycana, xususilə Təbrizə verdikləri önəm və əhəmiyyətdən hasil olmuşdur.
Azərbaycan dövlətinin tarixi paytaxtı olan Təbrizin inkişafı o yerə çatmışdır ki, hələ İstanbul-Bağdad-Qahirə-Moskva kimi şəhərlərin milyonluq cəmiyyətlərnin su və çirkab suyu kimi problemləri çətinliklə həll edildiyi halda, min ildən bəri 300-500 min nəfər cəmiyyəti olan Təbriz şəhərində supaylama və çirkab suyu yığma kanalizasyonunun 700 illik tarixi var və o bu gün də işləməkdədir.
O zamanlar və xüsusilə Elxanlılar dövründə bu ucundan o ucuna qədər çəkilən əkinləri suvarma kanalları və kəhrizlər tekniki baxımdan o qədər yüksək və say baxımından o qədər çoxdur ki, onun gerçək üzünü ortaya çıxarmaq üçün qalın-qalın kitabların yazılması lazımdır. Ancaq bu gün Təbriz də daxil olmaqla Cənubi Azərbaycanın bütün şəhərləri xarabalaşmış və kəndlər su, işıq, səhiyyə və başqa istehsal qaynaqlarının və modern aqrotexnolocinin gətirilmədiyinə görə boşalmış, əhalisi köç etmişdir. Qacar dövlətinin son zamanlarında, xüsusən Səttar xan hərəkatının yöntəmi dəyişdikdən sonra başlayan və Rza şahın taxta çıxması ilə zirvəsinə yetişən türk assimilyasyonu bütün gücü ilə sürərək ən təsirli olan iqtisadi sıxışdırma yolu ilə bu günlərə gəlib çatmışdır. Bu sözlərin arasındakı sənəd və fakt göz qabağında olduğuna görə onları sadəcə görmək lazımdır.
3-cü cədvəl. Azərbaycanın birinci bölgəsiylə bütün İrandakı yatırımın müqayisəsi.
4-cü cədvəl. Azərbaycanın birinci bölgəsiylə bütün iranın müxtəlif sahələrinin müqayisəsi.
5-ci cədvəl. Güney Azərbaycanda
Su---torpaq- əkinçilik.
su-torpaq-əkinçilik.
b) Statistik rəqəmlər.
Daha öncə söylədiyimiz kimi, Güney Azərbaycanda birinci bölgənin baxımsız buraxılması fars dövlətinin planlı siyasəti olaraq özünü göstərməkdədir. 2-ci cədvəldən bu bölgənin əhalisinin İran əhalisinə nisbətdə 16 % təşkil etdiyi görünür. Azərbaycan torpaqlarının 100 %-i əkinçiliyə əlverişli olduğu halda fars bölgələrinin çoxu çöllükdür, ona görə də ərazi nöqteyi-nəzərindən müqayisə mənasızdır. Ancaq əkilə bilən ərazini müqayisə üçün 5-ci cədvələ baxılırsa bu, ərazinin 3/1-ni təşkil etməkdədir. 3-cü cədvəlin ədədlərinə diqqət edilsə görünər ki, sadəcə 1986-cı ildəki yatırımlar cəmiyyət nisbətinə uyğundur. Əgər bu ilki yatırım nisbətinin azalmasının gələcək illərdəki təsirini də göz önünə gətirsək iqtisadi geriqalmanın getdikcə artan nisbətlərdə olacağı aydındır. Elə o səbəbdəndir ki, Güney Azərbaycan bir xarabaya çevrilmişdir. Təbrizdə içməli su tapılmadığı halda, İsfahanın paytaxt olmasından söz gedir.
4-cü cədvələ diqqət edək.
İqtisadiyyatın inkişafı üçün lazım olan bütün altyapılarda Azərbaycan öz haqqına qovuşmamışdır. Sənayedəki əlavə dəyərin 27 % olması isə faciənin dərinləşdiyini göstərir. Bu rəqəmdən aydın olur ki, Azərbaycan işçilərinin əməyinə başqa bölgələrdən 5-6 qat aşağı qiymət verilməkdədir.
5-ci cədvəldən aydın görünür ki, İranda əkilə bilən ərazinin 30 %-nin Azərbaycanda olmasına baxmayaraq torpaq-su yatırımlarının buralarda ancaq 15 %-indən istifadə olunur. Əgər İranda axan suların 40%-nin Güney Azərbaycanda olduğunu nəzərdə tutsaq, demək olar ki, bu sahədəki yatırımlar Azərbaycanın həqiqi hüququndan 80 % aşağıdır, daha doğrusu, bu gün Güney Azərbaycanda torpaq-su əməliyyatı və əkinçilik sahəsində modern texnoloci imkanlarından istifadə nisbəti yox deyiləcək qədər azdır.
Birləşmiş Millətlər Təşkilatının F.A.O. qurumunun standartlarına görə, Azərbaycanda axan çayların suyunun 90 %- i C, S sinfinə girməkdədir.
Həmən standartlara görə Sulduz, Urmiya, Salmas, Xoy, Qaraziyəddin başda olmaqla Azərbaycan torpaqlarının böyük bir bölümü də 1-ci sinif ərazidən təşkil olunmuşdur. Yenə həmən quruluşun əkin inkişaf proqramları həyata keçirildiyi təqdirdə Güney Azərbaycan torpaqları 60 milyon insanın qida ehtiyacını təmin edəcək gücdədir.
1-ci cədvəl. Güney Azərbaycan bölgələrinin ərazi ölçüsü və cəmiyyət.
Bölgənin Ərazi ölçüsü kv.km-lə Cəmiyyət
adı
1361(1980) 1372(1993) 1370(1991)
1.Şərqi Azərbaycan
(Təbriz) 67102 44767 4 390 303
2.Qərbi Azərbaycan
(Urmiya) 38850 37599 2 283 707
3.Ərdəbil Təbriz ilə birgə 18451 Təbriz ilə birgə
4.Zəncan 36398 23767 1 774 645
5.Həmədan 19784 19445 1 649 269
6.Qəzvin Zəncan ilə birgə 12631 Zəncan ilə birgə
7. Mərkəzi (Ərak) 39895 29530 1 182 611
8.Gilan 14709/3 14820/3 2 203 560/3
9.Kürdüstan 24998/3 27857/3 1 233 264/3
10.Tehran 19118/2 40836/2 9 981 887/2
Cəmi 22795 220834 17 417 087
|
|