"GAMOH-un Bakı bürosundakı yanğını İranın xüsusi xidmət orqanları təşkil edib"
Bundan əlavə, həmin gün İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşları binanın həyətinə girməyə cəhd göstərsələr də, GAMOH fəalları buna mane olublar. H.Türkelli yanğından xəsarət alaraq 5 saylı xəstəxanada yerləşdirilmiş 2 iranlı tələbənin - GAMOH fəallarının İranın kəşfiyyat orqanları tərəfindən xüsusi nəzarətə götürüldüyünü deyib. Onun sözlərinə görə, bunda məqsəd terror aktını ört-basdır etməkdir.
Tehran rejiminin GAMOH-un Bakı bürosunu çoxdan "iflic vəziyyətinə" salmaq niyyətində olduğunu vurğulayan H.Türkelli yanğın zamanı ofisdə yerləşən "Güney Azərbaycanın səsi" radiostansiyasının bərbad hala düşdüyünü söyləyib.
|
|
|