Mahmudəli Çöhrəqanlının Türkiyə səfərinin vaxtı uzadılacaq
 
GAMOH liderinin keçirdiyi görüşlər məxfi saxlanır
 

Şerq 2003-09-20
Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri, doktor Mahmudəli Çöhrəqanlının Türkiyə səfəri davam edir. GAMOH liderinin Türkiyə səfəri çərçivəsində ictimai-siyasi təşkilatların rəhbərləri ilə çoxsaylı görüşlər keçirdiyi bildirilsə də, həmin görüşlər məxfi saxlanılır.


GAMOH-un Bakı bürosunun rəhbəri Hüseyn Türkelli isə bildirib ki, Türkiyə səfərinin təəssüratları barədə doktor özü müəyyən məqamlarda açıqlamalar verəcək. O ki qaldı GAMOH liderinin Türkiyəni nə vaxt tərk etməsinə, bu, hələlik müəyyənləşdirilməyib. Bununla belə, budəfəki səfərin bir qədər uzanması istisna edilmir. Xatırladaq ki, GAMOH lideri Azərbaycanı tərk edərkən Türkiyəyə, oradan isə Avropaya və Amerikaya səfərlər edəcəyini söyləmişdi.

Vüsalə


baş sayfe Biz ile bağlantı