|
Güneydə Türk Cümhuriyyəti qurulacaq |
||
|
Türkiyədən bir aylıq işgüzar səfərdən qayıtmış Güney Azərbaycan Milli Hərəkatı Müdafiə Komitəsinin sədri Cahandar Bayoğlu sentyabrın 29-da mətbuat konfransı keçirib. |
||
|
Olaylar 2003-09-30 |
||
Türkiyədə bu ölkənin siyasi elitasında təmsil olunan insanlarla görüşən C.Bayoğlu Güney Azərbaycan Milli Hərəkatının geniş müdafiə şəbəkəsinin qurulması ilə bağlı önəmli addımların atıldığını vurğulayıb. Onun sözlərinə görə, Türkiyə cəmiyyətində, özəlliklə də millətçi kəsimdə gözəl anlayırlar ki, Güney Azərbaycan məsələsi bütün türk dünyası üçün taleyüklü problemdir. GAMH MK-nın İstanbul təmsilçiliyinin qurulduğunu deyən C.Bayoğlu yaxın iki ay ərzində Ankara, Sivas və digər Anadolu şəhərlərində də yerli nümayəndəliyin açılacağını vurğulayıb. GAMH MK-nın İstanbul təmsilçiliyinə tanınmış siyasətçi Mürtəza Öztürk rəhbərlik edəcək. GAMOH lideri doktor Mahmudəli Çöhrəqanlının Türkiyədə önəmli görüşlər keçirdiyini önə çəkən C.Bayoğluna görə, İranda gedən proseslər mühüm bir mərhələyə daxil olub. GAMH MK-nın başçısı tezliklə İran adlanan ölkənin siyasi səhnədən silinəcəyini və Güneyin öz müstəqil dövlətini quracağını vurğulayıb. Onun
sözlərinə görə, İranda yeni bir türk cümhuriyyəti qurulacaq: Çox yaxın
zamanlarda İran adlanan ölkədə Azərbaycan dövləti qurulacaq. Quzeydəki
dövlətin adı Azərbaycan Respublikasıdır. Ola bilər ki, Güneydə qurulan
dövlət Azərbaycan Demokratik Respublikası adlansın.
|