| Heydər Əliyevin vəfatı bütün azərbaycanlılar üçün itkidir | |
|
Mahmudəli Çöhrəqanlı başsağlığı verdi
|
|
![]() |
Olaylar
14/12/2003 Güney Azərbaycan Milli Oyanış Hərəkatının rəhbəri doktor Mahmudəli Çöhrəqanlı Azərbaycanın 3-cü prezidenti Heydər Əliyevin vəfatı ilə əlaqədar başsağlığı göndərib. Heydər Əliyevi şüurlu həyatını Azərbaycan xalqına xidmətə həsr etmiş böyük dövlət və siyasət xadimi kimi dəyərləndirən GAMOH liderinin sözlərinə görə, onun ölümünü Güney Azərbaycanda, eləcə də dünyada yaşayan azərbaycanlılar kədərlə qarşılayıblar: |
| Azərbaycan xalqının böyük ağsaqqalı
olan Heydər Əliyev həm də Güney azərbaycanlıların əsarətdən xilas olması
üçün zaman-zaman böyük xidmətlər və səylər göstərmiş dünya səviyyəli
şəxsiyyət olub: Mən Heydər Əliyevin vəfatını 40 milyonluq azərbaycanlı üçün
böyük itki sayıram. İnanıram ki, onun dövlətçilik, idarəçilik ənənələri və
bu sahədəki böyük təcrübəsi hələ uzun zaman yaşayacaq və gələcək idarəçilik
üçün örnək olacaq.
Ümid edirəm ki, ondan sonrakı idarəçilər bu
təcrübədən Azərbaycan xalqının rifahı, azadlığı, bütövlüyü və demokratik
inkişafı istiqamətində layiqincə yararlanacaqlar. Güney azərbaycanlılar
adından Azərbaycan prezidenti İlham Əliyevə, onun ailəsinə, yaxınlarına və
bütün Azərbaycan xalqına mərhum ağsaqqalımız Heydər Əliyevin vəfatı ilə əlaqədar
başsağlığı verirəm. Allah rəhmət eləsin |
|
|
|
|