GAMOH TƏKZİB EDİR
 
TƏŞKİLAT AZƏRBAYCANDA İQTİDAR-MÜXALİFƏT MÜBAHİSƏLƏRİNƏ QARIŞMIR
 

Olaylar 2003-10-28
Son vaxtlar yayılan məlumatlarda bildirilir ki, oktyabrın 16-da Bakıda baş verən kütləvi iğtişaşlarda iştirak etmək üçün Güney hərəkatçıları da Azərbaycana gələrək hakimiyyətin zor gücünə dəyişdirilməsinə yardımçı olacaqlarmış. Güney Azərbaycan Milli Oyanış Hərəkatının yaydığı bəyanatda isə bu məlumat təkzib olunur.

GAMOH bəyan edib ki, Azərbaycan dövlətçiliyini hər şeydən üstün tutur, Azərbaycanda iqtidar-müxalifət mübahisələrinə qarışmır. Təşkilat Azərbaycanda milli birlik və barışın bərqərar olunmasını arzulayır.

GAMOH hesab edir ki, sadalanan əsassız informasiyaların müəllifi Tehran fars şovinizmidir və rejim bu yolla Azərbaycanın Quzeyində sığınacaq tapmış Güney hərəkatçıları susdurmaq istəyir (“OLAYLAR”).
 


bas sayfe Biz ile bağlantı