| Həmədan türkü Nobel mükafatı aldı | |
![]() |
Olaylar 14/10/2003 Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri doktor Mahmudəli Çöhrəqanlı hüquq müdafiəçisi xanım Şirin İbadini Nobel mükafatı alması münasibətilə təbrik edib. Xatırladaq ki, xanım İbadi əslən həmədanlı və Azərbaycan türküdür. GAMOH lideri hesab edib ki, bu, insan hüquqları və demokratiya uğrunda gedən mübarizəyə verilən dəstəkdir. |
| Nobel
Komitəsinə təşəkkürünü bildirən Çöhrəqanlı ümid etdiyini bildirib ki, xanım
İbadi öz soy-kökünə bağlı fəaliyyətini davam etdirəcək: Ümid edirəm ki,
xanım Şirin İbadi insanların ümumi müdafiəsi ilə yanaşı həm də mənsub olduğu
Azərbaycan türklərinin milli hüquqlarının da müdafiəsi ilə məşğul olacaq.
Xanım İbadi bu sahəyə diqqət yetirərsə, müsbət irəliləyişlər ola bilər |
|