| Son hədəf Azərbaycanin bütövlüyüdür | |
|
|
|
| Mahmudəli çöhrəqanli: Iranda Modern, Demokratik, Federal Dövlət quracağiq | |
|
Olaylar
20/08/2003
Güney Milli Hərəkatı Müdafiə Komitəsinin sədri Cahandar Bayoğlu 35 milyon Güney Azərbaycan türkünün haqq səsini duyuran bir lider olaraq Çöhrəqanlının xaricdəki fəaliyyətindən və Tehran-Moskva-Yerevan üçlüyünə bağlı qüvvələrin güneyli liderə qarşı təxribatçı hücumlarından danışıb. |
|
| İran ətrafında mühüm proseslərin gedəcəyini müjdələyən M.Çöhrəqanlının fikrincə, proseslərdən kənarda qalmamalıyıq. GAMOH liderinin sözlərinə görə, Azərbaycanın ətrafında rus-fars-erməni və PKK irtica həlqəsi yaranıb. Doktor Milli Hərəkatın düşməninin qurduğu məsələləri dağıdıb Azərbaycanın istiqlanına nail olacağını vurğulayıb. Doktorun sözlərinə görə, rəhbərlik etdiyi hərəkat mərhum Əbülfəz Elçibəyin qoyduğu yoldan çıxmayıb: Yolumuz bəllidir. Biz Elçibəyin qoyduğu yoldan çıxmamışıq. Onun qarşısında baş əyir, ona lider deyirəm! Bu ideolojini bizə o verdi. Milli hərəkatımız bütövləşməyə gedir. Son hədəf Azərbaycanın bütövlüyüdür. İndilikdə millət özünü tanımır. Bir oyanış hərəkatına ehtiyac var. İzn versinlər, millət mükəmməl oyansın. Sonra hərəkata nə uyğun olsa, onu da edəcəyik. O zaman dik, qürurla gəzə biləcəyik ki, Azərbaycanı birləşdirək, Azərbaycanı bütövləşdirəcəyik! Qarşıdakı mərhələnin Azərbaycanın son şansı olduğunu qeyd edən GAMOH lideri hamını, aydınları, media təmsilçilərini Milli Hərəkata dəstək verməyə çağırıb. O, milli demokratik hərəkatın sonucunu göstərib: Molla rejimini cəhənnəmin dibinə yollayıb, İranda da modern, demokratik, federal dövlət quracağıq. Bir-iki ilə federasiya qurulacaq, beş-altı ilə Güney istiqlalına qovuşacaq. Güneyli politoloq Aslan Xalidli əmin olduğunu bildirib ki, Milli Hərəkatın həlledici mərhələsində Quzey Çöhrəqanlıya dayaq olacaq. |
|