Tehranda türk-fars qarşıdurması
525ci
qazet 2003-11-28H.Mahisepət millətlərlə bağlı müxtəlif lətifələr söyləyərkən türkləri təhqir edib. Tamaşaçıların etirazlarına baxmayaraq, o türklər haqqında lətifələrini davam etdirib və deyib ki, lətifələri dinləmək imkanına malik olmayan azərbaycanlılar salonu tərk etsin. Azərbaycanlılar haqqında lətifələr söylənərkən 3 türk səhnəyə qalxaraq məzhəkəçini əzişdirib. Birinci zərbədən İranın "Mister Bin"i yıxılıb.
Təhqiramiz lətifələr söylənməsinin əleyhinə olan bir xanım İranın Mədəniyyət
Nazirliyinin işçiləri tərəfindən ağır təzyiqlərə məruz qalıb və döyülüb.
Qarşıdurma və toqquşma kinoteatrın eyvanında, salonda və dəhlizlərdə 35 dəqiqə
davam edib. Toqquşmalardan sonra "Firdovsi" adına kinoteatr bağlanıb.
Kinoteatra böyük maddi zərər dəyib. Polisin işə qarışması ilə yatırdılan
toqquşmada xeyli insan yaralanıb. Milli Hərəkat fəalları təhqiramiz
lətifələrin söyləndiyi tamaşanın qarşısını ala biliblər. Məlumat "Olaylar"a
Güney Azərbaycan Milli Oyanış Hərəkatının Bakı bürosundan daxil olub.
|
|
|