|
GAMOH-a qarşı kampaniyaya ŞAH-çılar da qoşulublar |
| Olaylar
2003-12-20 Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri doktor Mahmudəli Çöhrəqanlının ABŞ-da keçirdiyi yüksək səviyyəli görüşlər davam edir. GAMOH-un Bakı Bürosu təşkilatın və onun liderinin beynəlxalq səviyyədəki uğurlarının qısqanclıqla qarşılandığını bildirib. Bakı bürosundan OLAYLARa verilən məlumata görə, son günlər Tehranın bütün dairələri GAMOH-a qarşı total əks-təbliğata start verib: Fars şovinistləri həm xaricdə, həm daxildə birləşib milli hərəkata qarşı böhtan kampaniyası aparırlar. Bir tərəfdən keçmiş şah rejiminin tör-töküntüləri, digər tərəfdən, molla rejimi xaricdəki KİV-ləri vasitəsilə böhtanlar yayırlar. Bu, onu sübut edir ki, fars şovinistlərinin heç birinin fərqi yoxdur. |
|
|
|