|
Molla rejiminin növbəti vəhşiliyi
|
| Qətlə
yetirilənlərin 8-i azərbaycanlıdır
|
![]() |
Odlu silahlarla edilən hücum nəticəsində 8 nəfər qətlə yetirilib. Olayla bağlı bəyanat verən Güney Azərbaycan Milli Oyanış Hərəkatı bu vəhşi aktı pisləyib: “İsfahanın Semirum şəhərinin əhalisi bu türk şəhərinin “Dehaqan” adlı fars kəndinə birləşdirilməsinə etiraz olaraq dinc aksiyalar keçirib. Tehran rejimi aksiyanı silahlı yolla yatırıb, nəticədə 8 qaşqay türkü qətlə yetirilib. Bu, qaşqay türklərinə qarşı terrordur”. GAMOH bu cinayəti fars şovinizminin türklərə qarşı düşmənçilik siyasətinin bariz nümunəsi hesab edir və əhaliyə qarşı silahdan istifadəyə əmr vermiş dövlət rəhbərlərinin cəzalandırılmasını tələb edir. Bəyanatda o da bildirilir ki, 25 kənddən ibarət “Semirum” şəhərinin sakinləri şah rejimi tərəfindən Güneydən sürgün edilmiş Azərbaycan türkləridir. |
|
|
|