İranda islahatçı namizədlər də qeydə alınmırlar
 
 
Olaylar 2004-1-14
İranda keçiriləcək parlament seçkilərinə bir ay qalıb. Müşahidələr göstərir ki, bu seçkilər də Tehran rejiminin basqısı altında və qeyri-demokratik şəraitdə keçiriləcək. GAMOH-un Bakı bürosundan “OLAYLAR”a verilən məlumata görə, Nigahban Şurası islahatçılara yaxın şəxslərin namizədliyini qeydə almır. İndiyədək yüzlərlə islahatçı seçkiyə qatılmaq hüququndan məhrum edilib. Onların arasında indiki parlamentin deputatları da var.

Bunu da islahatçılıq missiyasının daha bir fiaskosu kimi dəyərləndirən GAMOH-un Bakı bürosu milli hərəkatın boykot taktikasının düzgün olduğunu bildirib: “Bu, onu göstərir ki, İranda parlament vasitəsilə hansısa islahata nail olmaq qeyri-mümkündür. Rejim devrilməyincə İranda demokratik dəyişikliklər mümkün deyil. Əgər rejimin bir qanadı olan islahatçılar qeydə alınmırlarsa, o zaman millətin içindən çıxan insanların qeydiyyatı mümkün deyil. Məhz buna görə də GAMOH seçkini boykot edəcək”.


صفحه اصلی Biz ile bağlantı