| Tehran şayiə şəbəkəsini işə salıb | |
|
Güneyli hərəkatçıların arasında ixtilaf salırlar |
|
![]() Olaylar 01/10/2003 Güney Azərbaycan Milli Hərəkatına qarşı kampaniyanın yeni mərhələsi başlayıb. Güney Azərbaycan Milli Hərəkatı Müdafiə Komitəsinin rəhbəri Cahandar Bayoğlu bildirib ki, İranın molla rejiminə bağlı qüvvələr Quzeydə və Güneydə fəallaşıblar. |
|
| Xüsusən Azərbaycanın güneyində
hərəkatçılar arasında şayiələrlə ixtilaf, parçalanma yaratmaq istəyirlər:
Milli Hərəkata qarşı mücadilə qətiyyən yolverilməzdir. Ayrı-ayrı şəxslərin
inqtriqaları, narazılıqları Milli Hərəkata transfer edilməməlidir. Tehran
rejiminin Güney Hərəkatını repressiya etdiyi bir vaxtda milli hərəkatçılar
arasında qarşıdurmalar yaratmaq istəyirlər. Bu məsələdə şayiələrdən istifadə
edirlər.
GAMH MK ilə gerçəklikdə Güney Milli Hərəkatçıları arasında heç bir ixtilaf yoxdur: Quzeydə də bu şayiələrin gerçəklik kimi qəbul edilməsi müşahidə olunur. Tehranın emissarlarının Bakıya göndərdiyi adamlar partiya liderləri ilə, aydınlarla görüşdə Güneydə hərəkatın fəallarının guya bir-birinə qarşı olduğunu önə çəkir, onları GAMOH lideri Mahmudəli Çöhrəqanlıya qarşı qoymaq istəyir. Quzeydə bəzi soydaşlarımız da molla rejiminin mətbəxində hazırlanmış şayiələri canfəşanlıqla yayırlar. GAMH Müdafiə Komitəsi soydaşlarımızı ehtiyatlı olmağa çağırıb. |
|