“Savalana birlikdə yürüyək”
 
Mirmahmud Mirəlioğlu həmvətənlərinə müraciət etdi

 

Şerq 2003-08-22
Əziz həmvətənlər! 22 avqust Savalan ziyarəti günüdür. Savalan ziyarəti vətən yükü çəkənlərə Elçibəyin göstərdiyi hədəfdir. Savalan vətən bütövlüyümüzün rəmzidir. Savalan ulularımızın məkanıdır. Savalan milli güc mənbəyimizdir.


Biz millət ollaraq Elçibəy yolu ilə yürüyüb milli hədəflərimizə yetəcəyik. Biz ulularımıza və ana vətənimizə olan vəfa borcumuzu parçalanmış yurdlarımızı bir araya gətirməklə ödəyəcəyik. Şərəf işimiz olan bütöv Azərbaycan quracağıq. Əziz həmvətənlər! Hamınızı Vətən yolunda olanların - bütövləşmə, millətləşmə, dövlətləşmə yolunda olanların sırasına çağırırıq. Birlikdə yürüyək! Bir fikirdə yürüyək! Savalana - Bütöv Azərbaycana qovuşaq. Bu haqlı yolda yardımçımız Haqq olsun!


AXCP sədri   Mirmahmud Mirəlioğlu


baş sayfe Biz ile bağlantı