| Güneyli məhbuslardan soraq yoxdu | |
|
Bəzz qalasına yürüşdən sonra həbs edilmiş Güney Azərbaycan Milli Oyanış
Hərəkatı üzvlərindən 124-ü haqqında məlumat yoxdur.
|
|
![]() |
01/08/2003
Olaylar GAMOH-un Bakı Bürosunun rəhbəri Hüseyn Türkelli bildirib ki, həbs olunan 300 hərəkatçıdan yarıdan çoxunun taleyi məlum deyil: “Onların böyük bir hissəsinin siyahısını hazırlayıb Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Komitəsinə və Beynəlxalq Əfv Təşkilatına təqdim etmişik. Tələb etmişik ki, beynəlxalq təşkilatlar onların taleyi ilə maraqlansınlar”.
|
| H.Türkellinin sözlərinə görə, “İldırım” jurnalının baş redaktoru Yaşar Kərimi 120 gündür ki, itkin düşüb. Həbs olunandan sonra onun da haqqında məlumat verilmir. | |
|
|
|