Çöhrəqanlı Azərbaycan türklərini inadkar mübarizəyə çağırır
GAMOH LİDERİ 1945-cİ İLDƏ AZƏRBAYCANIN GÜNEYİNDƏ QURULMUŞ HÖKUMƏTİ AZƏRBAYCANIN DÖVLƏTÇİLİK TARİXİNİN QÜRURLU SƏHİFƏSİ ADLANDIRIR
525ci qazet 2003-12-09
"58 il
öncə-1945-ci il dekabrın 12-də Azərbaycanın güneyində qurulan milli hökumət
Azərbaycanın dövlətçilik tarixinin qürur dolu səhifəsidir". Bu sözlər Güney
Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlının
hərəkat üzvlərinə ünvanladığı müraciətdəndir. Azərbaycan milli hökumətinin
cəmi on bir ay yaşadığını xatırladan GAMOH lideri bu müddətin bir sıra
dövlətlərin on bir il illik fəaliyyətindən artıq olduğunu bildirib.
İran fars rejiminin milli hökumət üzərinə ordu ilə yeridiyini və bu şərəf döyüşündə 30 min Güney Azərbaycan türkünün şəhid olduğunu bildirən M.Çöhrəqanlı həm də yüz minlərlə insanın didərgin salındığını qeyd edir.
Milli azadlıq uğrunda şərəf mübarizəsinin bu gün də davam etdiyini deyən GAMOH
lideri Güney Azərbaycan türklərini bu mübarizədə daha sıx birləşməyə, milli,
insani hüquqları uğrunda daha inadkar mübarizə aparmağa çağırır. Rəsmi
Tehranın və onu dəstəkləyən qüvvələrin GAMOH əleyhinə apardığı təbliğata cavab
olaraq M.Çöhrəqanlı GAMOH-un Azərbaycan xalqının bağrından qopduğunu və yalnız
onun azadlığı üçün mübarizə apardığını bildirir.
|
|
|