“Daha sıx birləşməliyik”
Mahmudəli Çöhrəqanlı dünya azərbaycanlılarını təbrik etdi
 
Xəbər.net 30/12/2003
Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri doktor Mahmudəli Çbhrəqanlı dünya azərbaycanlılarını 31 dekabr Həmrəylik Günü münasibətilə təbrik edib.
GAMOH lideri bu günü Azərbaycan tarixinin şanlı səhifələrindən biri kimi dəyərləndirib: “Həmin gün Azərbaycanı zor gücünə ayıran düşmənlərin cavabı verildi. Azərbaycanın güneyində və quzeyində millətimizin nümayəndələri düşmənin cızdığı sərhədləri tanımadığını, sərhədlərini özünün müəyyənləşdirəcəyini bəyan etdi.

Bununla da millət parçalanan gündən başladığı çətin və şərəfli mübarizəni daha ciddi şəkildə davam etdirmək iradəsini ortaya qoydu”. Güney Azərbaycan lideri milli mücadilənin qələbə ilə bitəcəyini vurğulayıb: “Milli mübarizəmiz millətin iradəsi və gücü hesabına davam edir. Hərəkat qələbə çalmaq ərəfəsindədir. Quzeydə dövlətimiz qurulub və möhkəmlənib. Əsarətdə qalan Güneyimiz isə yaxın vaxtlarda qurtulacaq. Güney Azərbaycanımızın, Qarabağımızın, Qərbi Azərbaycanımızın əsarətdən qurtarması üçün daha da birləşməliyik