| Olaylar
2003-10-31 Molla rejimi Güney Azərbaycan türklərinin
xaricdən yayımlanan yeganə kanalı olan “Güney Azərbaycanın səsi” radiosunun
yayılmasına mane olur. GAMOH-un Bakı bürosunun rəhbəri Hüseyn Türkelli
“OLAYLAR”a deyib ki, son bir ayda radio Güneyin bir sıra bölgəsində normal
yayımlana bilmir:
“Tehran radionun xüsusilə sərhəd bölgələrində, Muğanda, Təbriz ətrafında,
Kəleybərdə, Ərdəbildə normal şəkildə eşidilməsinə ciddi maneələr törədir.
Hesab edirik ki, bu, Tehranın sərhəd bölgələrində yerləşdirdiyi ötürücülər
vasitəsilə edilir. Kənardan gələn dalğaların boğulması üçün dalğaboğucu
parazitlərdən istifadə edir”.
Radionun texniki təhqiqat qrupunun bu məsələ ilə məşğul olduğunu
vurğulayan Hüseyn Türkelli dalğaboğucu fəaliyyətin haradan idarə olunduğunun
araşdırılacağını deyib.
|