GAMOH-un Bakı bürosu rəsmi açıqlama gözləyir |
|
Ekspress 2004-1-15 Yanğının keçən il dekabrın 17-də baş verdiyini xatırladan Hüseyn Türkelli bundan sonra uyğun idarələrlə əlaqə saxlasalar da, baş verənlər barədə real bir nəticə əldə etmədiklərini nəzərə çatdırıb. Onun sözlərinə görə, bundan əsas məqsəd yanğının terror aktı nəticəsində baş verməsi məsələsini ört-basdır etməkdir. H.Türkelli bu məsələnin açılmamasında maraqlı şəxslərin olduğunu deyib və bu hadisə ilə bağlı İranın Azərbaycandakı səfiri Əhəd Qəzainin ünvanına bir sıra ittihamlar səsləndirib.
H.Türkelli həmin vaxt yanğın nəticəsində xəsarət alan iki nəfər qurum
üzvünün səhhətinin artıq tam bərpa olunduğunu bildirib. O, maliyyə vəsaiti
olmaması üzündən ofisdə hələ ki heç bir təmir işi apara bilmədciklərini
nəzərə çatdırıb. |
|
|
|