Olaylar
2003.09.25
Güney universitelerinde fars dilinin kvotasi artirilib. İranın şovinist
molla rejimi 30 milyonluq Azərbaycan türkünün ana dilində yazıb-oxumasını
qadağan etməklə yanaşı Güneydə fars dili və ədəbiyyatının tətbiqini
genişləndirir.
GAMOH-un Təhqiqat Mərkəzinin araşdırmaları
nəticəsində məlum olub ki, İranın İdarəetmə və Planlaşdırma Təşkilatı Güney
Azərbaycan universitetlərində başqa təhsil fənnlərinin kvotasını kəskin
azaldaraq fars dili və ədəbiyyatı ixtisasının kvotasını 70 faizədək artırıb.
Ərdəbil əyalətinin Xiyav şəhərində fars dili və ədəbiyyatı üzrə bir fakültə
fəaliyyət göstərir. Həmin şəhərdə 223 tələbənin hamısı fars dili və ədəbiyyatı
üzrə təhsil almaqdadır.
GAMOH-un verdiyi məlumatdan aydın olur ki, Güney
Azərbaycanın başqa universitetlərində fars dili və ədəbiyyatının kvotası
belədir: Ərdəbil - 80 faiz Zəncan - 73 faiz Həmədan - 70 faiz Qərbi
Azərbaycan - 68 faiz Qəzvin - 65 faiz Şərqi Azərbaycan - 64 faiz Bu plan
İranın fars dilli olmayan başqa əyalətlərində də tətbiq edilib (“OLAYLAR”
İA).
|