|
ÇÖHRƏQANLININ ƏQİDƏ YOLDAŞINA TƏZYİQLƏR EDİLİR O, TEHRAN
HƏBSXANALARINDA FİZİKİ VƏ MƏNƏVİ TƏSİRLƏRƏ MƏRUZ QALIR |
|
Güney Azərbaycan Mühacirlər Təşkilatından OLAYLARa verilən məlumata görə, siyasi əqidəsinə görə həbs olunan Mühəndis Əməni 5 ilə yaxındır ki, Tehranın həbsxanalarında fiziki və mənəvi təsirlərə məruz qalır. Siyasi əqidəsinə görə həbs olunanların haqlarını müdafiə məqsədilə yaradılmış Azərbaycan Siyasilərinin Müdafiə Komitəsinin göstərdiyi bütün cəhdlərə baxmayaraq, onun haqqında çıxarılmış məhkəmə hökmü dəyişdirilməyib. Xatırladaq ki, Mühəndis Əməni, Milli Oyanış Hərəkatının lideri, doktor Mahmudəli Çöhrəqanlının əqidə dostu idi. ASMK yaxın günlərdə Mühəndis Əməninin həbsdən azad olunması üçün yeni mübarizə metodu barədə təkliflərini müzakirə edəcək. |