Çöhrəqanlının teleçıxışları olub
 

Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri doktor Mahmudəli Çöhrəqanlıya qarşı böhtan kampaniyası əks-effekt verib.

 

Olaylar 06/01/2004
İctimaiyyətin təzyiqi nəticəsində ABŞ-da yayımlanan, amma İrandakı bəzi dairələrə xidmət edən APADANA telekanalı dekabrın 28-də doktor Çöhrəqanlıya canlı efirdə vaxt ayırıb.

GAMOH-un Bakı bürosunun rəhbəri Hüseyn Türkelli bildirib ki, M.Çöhrəqanlı üç saatlıq efir vaxtında Güney Azərbaycan türklərinin problemlərindən danışıb, tələblərini ortaya qoyub. Doktor ertəsi gün daha üç saat efirdə çıxış edib
 

صفحه اصلی Biz ile bağlantı