"Casusluq Şəbəkəsi" Çöhrəqanlını hədəfə alıb? |
Ekspress 2003-09-23"Artıq uzun müddətdir ki, İran rəsmiləri və onlara yaxın qüvvələr Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) liderləri, eləcə də təşkilat üzvləri haqqında genişmiqyaslı təxribatlar və şaiyələr kompaniyasına başlayıb. Azərbaycan türklərinin milli hərəkatını, onun siyasi təmsilçilərinin fəaliyyətini və güclənməsini özünə qarşı ən böyük təhlükə hesab edən Tehran rejimi, güneydəki milli mücadiləni dünya birliyinin gündəminə gətirərək, hərəkatın öndə gedənlərinin guya Amerikadan külli miqdarda yardım almaları barədə şaiyələri dövriyyəyə buraxıb.
GAMOH-u özünə ən böyük alternativ görən İran rəhbərliyinin bu ittihamı tam
iftiradır və milli həprəkatın nümayəndələrini ləkələmək cəhdi kimi
dəyərləndirilməlidir". Bu barədə dünən Güney Azərbaycan Milli Oyanış
Hərəkatının lideri doktor Mahmudəli Çöhrəqanlının "Ekspress"ə ünvanladığı
məktubunda bildirilir. Bütün bu ittihamları "boş yalan" adlandıran doktorun fikrincə, İran rəhbərliyi bu addımı ilə milli hərəkatı boğmaq, Azərbaycan türklərinin mücadiləsini ləkələmək və bu yolla da millətin məğlubiyyətinə nail olmaq məqsədi güdür. "Biz əminiz ki, milli siyasi şüura sahib olan millətimizin nümayəndələri bu kimi şaiyələrin düşmənin 5-ci sütunu - Casusluq Şəbəkəsi tərəfindən hazırlanıb, yayıldığını dərk edirlər və reжimin bu uydurmalarını sadəcə, gülünclə qarşılayırlar" -deyə məktubda bildirilir.
|