Əli Kərimli Mahmudəli Çöhrəqanlıyla görüşüb

Ekspress  2003-08-15

Dünən AXCP ("islahatçılar") sədri, millət vəkili Əli Kərimli Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) sədri Mahmudəli Çöhrəqanlı ilə görüşüb. Görüş barəsində məlumat verən AXCP sədri Əli Kərimlinin sözlərinə görə, Mahmudəli Çöhrəqanlı ilə yaxın münasibətlərinin olduğunu bildirib.


Əli Kərimlinin sözlərinə görə, GAMOH lideri hər dəfə Bakıya gələndə görüşürlər. "Bu görüş də bizim ikitərəfli əlaqələrimiz haqqında idi. Mahmudəli bəy Güney Azərbaycanda baş verən proseslər və təşkilatın gördüyü işlər barəsində ətraflı məlumat verdi". AXCP sədrisə öz növbəsində Şimali Azərbaycanda baş verənlər və seçki kampaniyasının gedişi barəsində qonağa məlumat verib. "Mən onu maraqlandıran başqa məsələlər barəsində də məlumat verdim" - deyə Ə.Kərimli bildirib.


baş sayfe Biz ile bağlantı