
Ekspress 2003-12-09
"58 il öncə 1945-ci il dekabrın
12-də Azərbaycanın güneyində qurulan milli hökumət Azərbaycanın
dövlətçilik tarixinin qürur dolu səhifəsidir". Bu sözlər Güney
Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli
Çöhrəqanlının hərəkat üzvlərinə ünvanladığı müraciətdəndir.
Azərbaycan milli hökumətinin cəmi on bir ay yaşadığını göstərən GAMOH
lideri bu hökumətin on bir aylıq fəaliyyətinin bir sıra dövlətlərin on
bir il illik fəaliyyətindən artıq olduğunu bildirib. İran fars rejiminin
milli hökumət üzərinə ordu ilə yeridiyini və bu şərəf döyüşündə 30 min
Güney Azərbaycan türkünün şəhid olduğunu bildirən M.Çöhrəqanlı həm də
yüz minlərlə insanın didərgin salındığını qeyd edir.
Milli azadlıq uğrunda şərəf mübarizəsinin bu gün də davam etdiyini deyən
GAMOH lideri Güney Azərbaycan türklərini bu mübarizədə daha sıx
birləşməyə milli, insani hüquqları uğrunda daha inadkar mübarizə
aparmağa çağırır. Rəsmi Tehranın və onu dəstəkləyən qüvvələrin GAMOH əleyhinə
apardığı təbliğata cavab olaraq M.Çöhrəqanlı GAMOH-un Azərbaycan
xalqının bağrından qopduğunu və yalnız onun azadlığı üçün mübarizə
apardığını bildirir.
|